UNEC Zaqatala Filialı İqtisadiyyat və idarəetmə ixtisasları üzrə fənn müəllimi vakansiyalarını elan edir.
İşin təsviri:
• fənn sillabuslarının hazırlanması;
• rəqəmsal bacarıqların tətbiqi;
• elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc edilməsi;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması
• tədris prosesindən əlavə, ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin hazırlanması;
• tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi.
Tələblər:
• İxtisas üzrə magistr dərəcəsi ( fəlsəfə doktoru elmi dərəcəsinin olması üstünlükdür);
• təqiqat bacarığı;
• tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq
Ətraflı məlumat elan bölməsində qeyd olunub.



