spot_img
HomeKaryeraVakansiya: Keyfiyyətə Nəzarət Mütəxəssisi / Mühəndisi (Yanğın Boyası – İnşaat Sektoru)
spot_img

Vakansiya: Keyfiyyətə Nəzarət Mütəxəssisi / Mühəndisi (Yanğın Boyası – İnşaat Sektoru)


Şirkət haqqında:
Regionda inşaat və sənaye layihələrində ixtisaslaşmış, beynəlxalq standartlara uyğun xidmət göstərən mühəndislik və tətbiqat şirkətidir. Layihə çərçivəsində metal konstruksiyaların yanğından qorunması üzrə boya işləri həyata keçirilir.

Vəzifə öhdəlikləri:

Layihədə tətbiq edilən boya və yanğın qoruyucu boya işlərinin keyfiyyətinə nəzarət;
Boya tətbiqi öncəsi və sonrası səth hazırlığı, qalınlıq ölçmələri (DFT), yapışma testləri və digər keyfiyyət yoxlamalarının aparılması;
Texniki spesifikasiyalara, beynəlxalq standartlara (NFPA, EN, ISO və s.) və layihə tələblərinə uyğunluğun təmin edilməsi;
Keyfiyyət sənədlərinin (test protokolları, günlük hesabatlar, check-listlər) hazırlanması və arxivləşdirilməsi;
Podratçı və nəzarətçi qurumlarla texniki əlaqələndirmənin aparılması;
Keyfiyyət problemlərinin vaxtında aşkarlanması və həlli üçün tədbirlərin görülməsi.

Tələblər:

İnşaat sektorunda boya və ya yanğın boyası sahəsində minimum 3 il iş təcrübəsi;
Keyfiyyətə nəzarət üzrə beynəlxalq və ya yerli standartlarla işləmək bacarığı;
Müvafiq ölçü və test cihazlarından (DFT gauge, adhesion tester və s.) istifadə bacarığı;
Ali texniki təhsil (inşaat mühəndisliyi, material mühəndisliyi və ya oxşar sahə üstünlükdür);
Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
Hesabatlılıq və sənədləşmə işlərində təcrübə.

Şərtlər:

İş yeri: Sitalçay (metal konstruksiya yanğın qoruma boyası layihəsi);
Servis və nahar nəzərdə tutulub.

Maaş: 2000 AZN (net);

Layihə əsasında uzunmüddətli iş imkanı, peşəkar iş mühiti və inkişaf perspektivləri.

Əlaqə:
Mob: (055) 204-48-04 wp
E-mail: c.mustafayev@ist.edu.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar