Karyeranızı qabaqcıl texnologiyalar sahəsində təcrübə ilə başlamaq istəyirsiniz? O zaman bu fürsət məhz sizin üçündür!
HENNGE Qlobal Təcrübə Proqramı (Global Internship Program – GIP) 2026 üçün müraciətlər artıq açıqdır! Təcrübə proqramı Yaponiyanın paytaxtı Tokio şəhərində, HENNGE-nin Shibuya ofisində keçiriləcək.
Bu beynəlxalq təcrübə proqramı 2 istiqamətdə təklif olunur:
- Front-end Proqram Təminatı Mühəndisliyi
- Full Stack Proqram Təminatı Mühəndisliyi
Proqrama dünyanın bütün ölkələrindən bakalavr (3-cü kurs və yuxarı), magistr və ya doktorantura pilləsində təhsil alan tələbələr, eləcə də yeni məzunlar müraciət edə bilər. Proqram sizə HENNGE-nin mərkəzində işləyərək beynəlxalq və çoxşaxəli mühitdə həm şəxsi, həm də peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı yaradacaq.
Müddət: 4–6 həftə
Məkan: Shibuya, Tokio
Ölkə: Yaponiya Maliyyə dəstəyi: Tam maliyyələşdirilmiş (fully funded)
Proqram haqqında
HENNGE Qlobal Təcrübə Proqramı zamanı siz Python, Go və ya TypeScript kimi dillərlə tətbiqlər hazırlayacaq, eləcə də Amazon Web Services (AWS) kimi qabaqcıl platformalardan istifadə edəcəksiniz.
Proqram Yapon dili biliyini tələb etmir – ingilis dilində səlis danışmaq kifayətdir.
Proqram ödənişsizdir və iştirakla bağlı bütün xərclər qarşılanır:
- Aylıq təqaüd
- Pasport və viza dəstəyi
- Aviabiletlər (gediş-dönüş)
- Mobil telefon və internet təminatı
- Tibbi sığorta (beynəlxalq iştirakçılar üçün)
- “Tanışlıq naharları”, aylıq texniki sessiyalar, ofis şəraiti, mədəni tədbirlər və digər imkanlar
Proqramda uğurla iştirak edən internlər gələcəkdə HENNGE şirkətində daimi iş təklifi də ala bilərlər.
Müraciət üçün tələblər:
- Kompüter elmləri və ya əlaqəli ixtisas üzrə bakalavr (3-cü kurs və yuxarı), magistr və ya doktorantura tələbəsi olmaq.
- Yeni məzunlar da müraciət edə bilər.
- Linux, MacOS və ya Unix kimi əməliyyat sistemləri barədə biliklərə sahib olmaq.
- Açıq mənbə (open-source) və texnoloji icma fəaliyyətlərinə maraq göstərmək.
- Full Stack istiqaməti üçün Python və ya Go bilikləri;
Front-end istiqaməti üçün React və ya Vue (TypeScript) bilikləri. - AWS və Terraform alətləri ilə tanışlıq.
- Full-stack veb inkişafı üzrə təcrübə.
- Front-end istiqaməti üçün server tərəfli proqramlaşdırma barədə əsas biliklər.
- İngilis dilində səlis danışmaq (Yapon dili tələb olunmur).
- Yaponiyada karyera qurmaqda maraqlı olmaq.
Təcrübə proqramının üstünlükləri:
- Aylıq maddi dəstək
- Viza və səyahət öncəsi dəstək
- Gediş-dönüş aviabiletləri
- Mobil telefon və internet paketi
- Tibbi sığorta
- Şəbəkələşmə tədbirləri, texniki sessiyalar, ofis imkanları
- Yapon mədəniyyət tədbirlərinə giriş
- Yaponiyada pulsuz təcrübə imkanı
- Yaxşı nəticə göstərənlər üçün daimi iş təklifi imkanı
Tələb olunan sənədlər:
- CV (tərcümeyi-hal)
- Müraciət məktubu (Cover Letter)
Müraciət prosesi:
- Rəsmi saytda uyğun təcrübə istiqamətini seçərək qeydiyyatdan keçin.
- Qeydiyyatdan sonra kodlaşdırma tapşırığını (coding challenge) tamamlayın.
- CV və müraciət məktubunuzu əlavə edin.
- Qısa siyahıya düşən namizədlərlə telefon və onlayn müsahibə keçiriləcək.
- Yerlər ilk gələn, ilk seçilən prinsipi ilə ayrılır.
1-ci mərhələ: 16 yanvar – 13 fevral 2026
Qeyd: Proqram üçün sabit son müraciət tarixi yoxdur, lakin yerlər məhduddur. Erkən müraciət tövsiyə olunur!
Əgər siz də proqramlaşdırma bacarıqlarınızı inkişaf etdirmək, beynəlxalq təcrübə qazanmaq və Yaponiyanı pulsuz səyahət etmək istəyirsinizsə — bu fürsəti qaçırmayın!



