Sosial layihələrdə iştirak etmək, yeni bacarıqlar qazanmaq və real layihələrin hazırlanması prosesində yer almaq istəyirsənsə, bu fürsət sənin üçündür!
“Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan 3-cü Təcrübə Proqramına müraciətlər açıqdır.
Səni proqramda nələr gözləyir?
• Sosial layihələrin hazırlanması və icrası
• Psixoloji xidmət və sosial dəstək istiqamətləri
• Sosial media və kommunikasiya
• Tədbirlərin təşkili və komanda işi
• Yeni təcrübə və şəxsi inkişaf
Müddət: 3 ay
Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaqlar.
Kimlər müraciət edə bilər?
17–25 yaş arası, öyrənməyə, inkişaf etməyə və sosial fəaliyyətə maraqlı gənclər.
Müraciət üçün son tarix: 7 sentyabr



