KAUST Ziyarətçi Tələbə Tədqiqat Proqramı (VSRP), STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrində təhsil alan bakalavrın 3-cü və 4-cü kurs tələbələri, eləcə də magistr tələbələri üçün mükəmməl bir fürsətdir. Tələbələrə maraqlarına uyğun olan 100-dən çox fakültə rəhbərliyində aparılan layihələr arasından seçim etmək imkanı verilir. Təcrübə proqramının müddəti 3-6 ay arasında dəyişir və tələbələrə elmi tədqiqatlar sahəsində praktiki təcrübə qazanmağa və ya magistratura təhsili üçün hazırlıq keçməyə kömək edir.
Proqram nələri qarılayır?
- Aylıq təqaüd: 1000 USD
- Gediş-dönüş təyyarə bileti
- Səhiyyə sığortası
- Kampus daxilində yaşayış
- Tədqiqat sahəsində rəhbərlik və karyera imkanlarına çıxış
Proqramın Üstünlükləri:
- Cədvəl: Tələbələr proqramın başlama və bitmə tarixlərini il ərzində istədikləri vaxt müəyyən edə bilərlər.
- Əhatəli Dəstək: KAUST təhsil haqlarını, yaşayış xərclərini, gediş-dönüş aviabiletlərini qarşılayır və tələbələrə aylıq təqaüd təmin edir.
- Dünya Səviyyəli Təcrübə: Tələbələr qabaqcıl tədqiqat mərkəzlərində tanınmış professorlarla birlikdə işləyərək real problemlər üzərində işləmək imkanı əldə edirlər.
- Müxtəlif Cəmiyyət: 100-dən çox milləti təmsil edən beynəlxalq tələbə və tədqiqatçılarla əməkdaşlıq etmək fürsəti təqdim olunur.
Bu proqram, KAUST-un qlobal elmi mühitinə daxil olaraq, dəyərli tədqiqat təcrübəsi əldə etmək üçün unikal bir fürsətdir.