spot_img
HomeElan və XəbərlərSOCAR Gənc İstedadlar Proqramına müraciət açıqdır.
spot_img

SOCAR Gənc İstedadlar Proqramına müraciət açıqdır.

Uğurlu karyera üçün ilk addımını at!

SOCAR gənclərin peşəkar inkişafına dəstək göstərmək, onların nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək və gələcək karyera imkanlarının formalaşmasına töhfə vermək məqsədilə Gənc İstedadlar Proqramına müraciətləri açıq elan edir.

Təcrübə proqramı çərçivəsində iştirakçılar:
SOCAR-ın müvafiq struktur bölmələrində praktiki təcrübə qazanacaq;
Peşəkar və fərdi inkişaf yönümlü təlimlərdə iştirak edəcək;
Təcrübəli mütəxəssislərin mentorluğu ilə inkişaf imkanları əldə edəcək;
Nəzəri biliklərini real iş mühitində tətbiq edəcək;
SOCAR-ın korporativ mühiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq;
Proqram müddətində aylıq ödənişdən yararlanacaqlar.

Gənc İstedadlar Proqramı gənclərin potensialının inkişaf etdirilməsi və onların peşəkar iş mühitinə hazırlığının gücləndirilməsi istiqamətində mühüm imkan yaradır.

Müraciətlərin son tarixi: 12 oktyabr 2026-cı il


SOCAR-la yeni üfüqlərə yelkən açmağın zamanıdır!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar