Dünya Azərbaycanlıları Gənclər Təşkilatı təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi çərçivəsində keçirilən konfransa dəvətlisiniz!
☘Lahiyə çərçivəsində artıq “Yaşıl Ölkəyə Xoş Gəlmisiniz” adlı video podkastlarımız çəkilmiş və “Yaşıl Ölkəm” adlı foto-müsabiqə baş tutmuşdur.
İndi isə “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu” konfransını həyata keçirərək gənclərin ekoloji fəallığını artırmağı hədəfləyirik. Konfrans zamanı panel müzakirə həyata keçiriləcək, foto-müsabiqənin qalibi olan şəkillərin sərgisi və podkastlardan qısa nümunələr təqdim olunacaq.
📌 Qeyd edək ki, konfrans zamanı foto-müsabiqənin qalibi olan şəkillərin sərgisi baş tutacaq və qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar.
👥 Hədəf qrupumuz: 18-26 yaş arası gənclərdir.
Qeyd: Qeydiyyatdan keçən iştirakçılar arasından seçilmiş şəxslər konfransda iştirak edə biləcəklər.
📅 Konfrans tarixi: 30 yanvar 2025
📍Məkan: Azərbaycan-Fransız Universiteti (UFAZ)
Gəlin, birgə daha yaşıl bir gələcək üçün çalışaq!
⌛ Qeydiyyatdan keçmək üçün son tarix: 28 yanvar, saat 21:00