📣📷Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə keçiriləcək.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. Mart ayının 15-dən aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.
Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “musabiqe@proton.com” elektron ünvanına göndərməlidirlər.
Əlavə olaraq, sərgidə nümayiş olunacaq 5 ən yaxşı fotonun müəllifi 100 AZN, 30 ən yaxşı fotonun müəllifi 30 AZN məbləğində mükafata layiq görüləcəklər.
İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumat ➡
https://shorturl.at/wZwJW
Əlaqə 📞1651