spot_img
HomeElan və XəbərlərArdıcıl 2 il böyük coşğu ilə başa çatan Gənclərin Sosial Media Forumu...
spot_img

Ardıcıl 2 il böyük coşğu ilə başa çatan Gənclərin Sosial Media Forumu 3-cü dəfə keçirilir

1 noyabr, 2026-cı il tarixində “Avropa Azərbaycan Məktəbi”ndə 1000-ə qədər iştirakçı ilə baş tutacaq Gənclərin Sosial Media Forumunda 9 təcrübəli spiker sosial media alqoritmləri, süni intellekt alətləri, rəqəmsal marketinq alətləri, ənənəvi və rəqəmsal medianın fərqləri və dövrün digər aktual mövzuların müzakirəsi baş tutacaq.

Forumun rəsmi media tərəfdaşı careerbridge.az xəbər verir ki, tədbirin əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ məzmun yaradıcılığına dəstək vermək, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və peşəkarlarla güclü əlaqələr qurmaları üçün geniş imkanların yaradılmasıdır.

Forum çərçivəsində iştirakçılar öz sahəsində aparıcı olan mütəxəssislərin dəyərli təcrübələrini dinləmək fürsəti əldə edəcək. Fərid Pərdəşunas “Süni İntellekt: Kim işini itirəcək?”, Göktuğ Sarı “Sosial medianın sonu”, Alican Arkun “Brend, Strategiya, Platforma”, Gülcan Nəzərli “Feed-də görünmək, Ürəkdə qalmaq”, Nurlan Nurullayev “Gözün görür(mü), beynin inanır(mı)”, Yusif Maniyev “Iron Man Jarvis-i necə qurdu?”, Aytən Cəbrayılova “Sosial Medianın Sirri”, Aynur Nəbiyeva “Sərhəd haradadır?” və Aysel Cəbrayılova “Şəxsi Brendinqin prompt-u” mövzusunda olduqca maarrifləndirici müzakirələrlə iştirakçıların qarşısında olacaqlar.

Süni intellektin geniş vüsət aldığı bu dövrdə sosial medianı gəlir vasitəsi kimi istifadə etmək asanlaşıb. Artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial medianı daha yaxşı istifadə etmək və daha çox faydalanmaq üçün 9 spikerlə birlikdə dadına doyulmayacaq gündə təkcə çıxışlar yox, nahar və kofe fasiləsi, eləcə də panel müzakirələri və canlı musiqi şousu da baş tutacaq.

Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Bundan əlavə, gəncləri canlı musiqi, sponsorlardan dəyərli hədiyyələr, 100-dən çox peşəkarla netvörkinq imkanı da gözləyir.

Gənclərin Sosial Media Forumu 2024-cü ildə ilk dəfə keçirilmiş və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 2025-ci ildəki tədbir daha çox diqqət cəlb etmiş və 811 iştirakçı ilə yadda qalmışdır. 2026-da 1000 nəfərin iştirakı gözlənilir.

Gənclərin Sosial Media Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat öyrənmək üçün forumun rəsmi səhifəsinə keçid edə bilərsiniz

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar