spot_img
HomeElan və XəbərlərTƏBİB-in tabeliyində olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsi davam etdirilir.
spot_img

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsi davam etdirilir.

Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:
·      Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması
·      Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması
·      Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması
·      Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi

Könüllülərin vəzifələri:
·      Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək
·      Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək

Namizədlərə dair tələblər:
·      18–29 yaş arası şəxslər
·      Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq
·      Məsuliyyətli və intizamlı olmaq

Proqram çərçivəsində:
·      Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar
·      Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir

Proqramın müddəti: 2 (iki) ay

Proqramın sonunda:
·      Könüllülərə sertifikat təqdim olunacaqdır.

Son müraciət tarixi: 26.11.2026
Ödənişsiz könüllü layihəsinə müraciət üçün: https://lnkd.in/dcVPYNHd

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar