spot_img
Ana SəhifəElan və XəbərlərBakı Ali Neft Məktəbi və "BERC&Partners"in birgə təşəbbüsü ilə III BANM Biznes...
spot_img

Bakı Ali Neft Məktəbi və “BERC&Partners”in birgə təşəbbüsü ilə III BANM Biznes Forumu çərçivəsində Startap müsabiqəsinə start verilib.

Bu müsabiqə perspektivli startaplara lazımi dəstək göstərməklə onları uğurlu biznesə çevirmək məqsədi daşıyır.

Müsabiqədə iştirak şərtləri:

  • Müsabiqədə hazırda #Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr iştirak edə bilər;
  • Startap layihəsi kommersiyalaşdırma potensialı olan innovativ ideya və texnologiyalar əsasında qurulmalıdır;
  • Startaplar istənilən sahəni əhatə edə bilər, lakin əsas diqqət innovativliyə yönəlməlidir;
  • Digər müsabiqələrdə qalib gələn və ya inkubasiya-akselerasiya proqramlarında iştirak edən startaplar müsabiqəyə qəbul edilmir.

📌 Təqdim olunmalı məlumatlar:

  • Startapın adı və komanda üzvləri haqqında məlumat;
  • Startapın həll etməyi hədəflədiyi əsas problem;
  • Problemin həlli üçün təklif olunan innovativ metod;
  • Biznes plan haqqında qısa icmal;
  • 6 dəqiqəlik video təqdimat.

📌 Qiymətləndirmə meyarları:

  • İdeya və ya texnologiyanın innovativliyi və unikallığı;
  • Potensial bazar və böyümə imkanı;
  • Təklif olunan biznes modelin reallaşdırılması və davamlılığı;
  • Ölçüləbilən göstəricilərə əsaslanması;
  • Təqdimatının aydınlığı və effektivliyi;
  • Kommersiyalaşdırma potensialı;

Startap komandalarının ən azı 2-4 nəfərdən ibarət olması iştirakçılara üstünlük qazandıracaq

Qiymətləndirmə nəticəsində münsiflər tərəfindən seçilən startapların növbəti mərhələlərə keçidi və inkişafı üçün müvafiq mükafatlar təqdim olunacaq:

🥇 I Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 5.000 Azn-lik xidmət paketi.

🥈 II Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 3.000 Azn-lik xidmət paketi.

🥉 III Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 2.000 Azn-lik xidmət paketi.

📝 Qeyd: Layihələrin Al təməlli olması üstünlükdür.

Perspektivli startaplar investorlara çıxış imkanı qazana bilər.

⌛Müsabiqəyə son müraciət tarixi: 25.04.2025 İdeyanı reallaşdırmaq fürsətini qaçırma

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar