spot_img
HomeElan və XəbərlərMədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir.
spot_img

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir.

🔖Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur. “Vaqif
Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı
olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul
verməkdir.

🔰Müsabiqənin şərtləri:

  • Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
  • Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
  • Əsərlər Azərbaycan dillində yazılmalıdır.
  • Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
  • Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

🎯Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.

📝Müsabiqənin mövzusu
Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti

🖍Essenin həcmi:
Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.
Qaliblərin seçilməsi və mükafatlandırılması

📊Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib
seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi
zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.🚀

💵Müsabiqənin mükafat fondu:
Birinci yer – 2500 manat
İkinci yer – 1500 manat
Üçüncü yer – 1000 manat

Müsabiqənin müddəti:

⌛Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.

📌İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına
göndərilməlidir.

📌Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147

🔖 ©Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə
hazırlanması və çapını həyata keçirə bilər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar