spot_img
HomeElan və Xəbərlər"Euronews” telekanalının mütəxəssislərindən təhsil almaq imkanı!
spot_img

“Euronews” telekanalının mütəxəssislərindən təhsil almaq imkanı!

📣Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris platforması olan “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.

Media və informasiya sahəsində peşəkar inkişafı dəstəkləmək məqsədilə yaradılmış “Euronews Academy” fərqli hədəf auditoriyaları əhatə edən müxtəlif mövzularda təlim proqramları təqdim edir.

🔹 Proqramlar hazırda jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, həmçinin bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulub.
🔹 Təlimlər yüksək ixtisaslı beynəlxalq təlimçilər və “Euronews” telekanalının peşəkar heyəti tərəfindən keçilir.
🔹 Təlimin məqsədi media sahəsində çalışan peşəkarların yeni tendensiyalara uyğun bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün beynəlxalq ekspertlərdən öyrənmə imkanları yaratmaqdır.

Layihə çərçivəsində ilk təlimə – Gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri üçün “Rəqəmsal Jurnalistika” təliminə qeydiyyat elan edilir!

📅 Son müraciət tarixi: 12 iyun
❓ Suallar üçün:
📩 academy.az@euronews.com
📲 WhatsApp: +99455 557 01 58

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar