“Milli Proqramla” layihə idarəçiliyi sahəsində biliklərinizi artırmaq üçün gözəl fürsət
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”la “Coursera” platformasında layihə idarəçiliyi sahəsində aparıcı texnologiya şirkətləri və universitetlərin 23 sahəvi kursundan faydalana bilərsiz.
Bu günə kimi “Milli Proqram” istifadəçiləri 6000 dəfədən çox bu sahə üzrə kurslara müraciət edib və onlardan 2700-nü uğurla başa vuraraq beynəlxalq sertifikat əldə ediblər.
İstifadəçilər ən çox aşağıdakı 5 kursa müraciət ediblər:
– Foundations of Project Management (Google) – 1188 nəfər;
– Project Management Fundamentals (Microsoft) – 761 nəfər;
– Introduction to Project Management (IBM) – 717 nəfər;
– Project Initiation: Starting a Successful Project (Google) – 433 nəfər;
– Agile Project Management (University of Maryland) – 361 nəfər.
Layihə idarəçiliyi sahəsində bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün elə indi qeydiyyatdan keçin və “Milli Proqram”a qoşulun!
Qeydiyyat üçün: form.4sim.gov.az
“Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilir.
Coursera platformasında ödənişsiz kurslardan yararlana bilərsiniz.
OXŞAR POSTLAR