spot_img
HomeBeynəlxalq LayihələrTürkiyədə qısamüddətli könüllülük layihəsi
spot_img

Türkiyədə qısamüddətli könüllülük layihəsi

Layihə haqqında

Bolu Gənclər və İdman Rayon Müdirliyi olaraq biz 30 fərqli idman növündə gənclərə ödənişsiz idman kursları təqdim edirik. Bundan əlavə, 17,000-dən çox üzvü olan Gənclər Mərkəzi vasitəsilə gənclərə xidmət göstəririk.

Bu layihə çərçivəsində könüllülər müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər:

  • İdman fəaliyyətlərinin hazırlanması və təşkili
  • Sosial klubların yaradılması və idarə edilməsi (idman, incəsənət, musiqi, müzakirə qrupları və s. – hər həftə könüllülərin bacarıqlarına uyğun olaraq dəyişir, bütün fəaliyyətlər ingilis dilində keçiriləcək)
  • Gənclər üçün İngilis dili danışıq klublarının təşkili

Könüllülərin öz bacarıq və maraqlarına uyğun olaraq həftəlik fəaliyyətlər seçmələri mümkündür.

Layihənin müddəti

  • Ümumi müddət: 8 həftə
  • Tarixlər: 01/09/2025 – 01/11/2025

Müraciət qaydaları

  • Son müraciət tarixi: 26/08/2025, saat 23:00
  • Müraciət üçün: əvvəlcə Avropa Gənclər Portalında qeydiyyat nömrəsi əldə etməlisiniz.
  • Daha sonra CV və müraciət formasını göstərilən link vasitəsilə göndərməlisiniz.
  • Qeydiyyat nömrəsi necə alınır? – Əgər Avropa Gənclər Portalında hesabınız yoxdursa, təqdim edilən təlimat videolarına baxa bilərsiniz.

Xərclər və təminatlar

  • Bütün xərclər Avropa Həmrəylik Korpusu (ESC) tərəfindən qarşılanır.
  • Könüllülər üçün iştirak haqqı yoxdur.
  • Səyahət xərcləri ESC məsafə bandına uyğun olaraq geri ödəniləcək. Könüllülər biletləri əvvəlcədən alır və bütün orijinal biletlər, bording pass təqdim etdikdən sonra xərclər geri qaytarılır.
  • Yeməklər təmin olunur. Əgər bəzi günlərdə təmin olunmazsa, könüllülərə yemək üçün kompensasiya ödənilir.
  • Yaşayış şəraiti: tək və ya ortaq otaqlar, camaşırxana, yeməkxana və kafeterya ilə təmin olunur. Könüllülər binanın daxili qaydalarına əməl etməlidirlər.

Tələblər və şərtlər

Qısa müddətli könüllü kimi iştirak etmək istəyən gənclərdən aşağıdakı bacarıqlar gözlənilir:

  • Səbirli olmaq və komanda işində iştirak bacarığı
  • Əlverişli iş saatlarına uyğunlaşa bilmək
  • Gülərüz və pozitiv münasibət
  • İdman yönümlü şəxsiyyətə sahib olmaq
  • İdman kursları və gənclər fəaliyyəti sahəsində bilik və təcrübə
  • Səyahət etməyə maneəsi olmamaq
  • Yeniliklərə və inkişaf imkanlarına açıq olmaq

Göndərən təşkilat haqqında

  • Təşkilatın adı: “Sağlam Düşüncə” Gənclər Təşkilatı
  • OID nömrəsi: E10200624
  • Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
  • Məsul şəxs: Ramiz Əliyev
  • E-poçt: evs@csyo-az.org

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar