spot_img
HomeKaryeraMarketinq və kommunikasiya üzrə məsləhətçi Dövlət Proqramı - Xaricdə təhsil
spot_img

Marketinq və kommunikasiya üzrə məsləhətçi Dövlət Proqramı – Xaricdə təhsil

Vakansiya:
Marketinq və kommunikasiya üzrə məsləhətçi Dövlət Proqramı – Xaricdə təhsil

Tam ştat | Dövlət qurumu

Marketinq və kommunikasiya fəaliyyətlərinin icrası:
•⁠ Marketinq fəaliyyətlərini hədəf auditoriya və ictimaiyyətin marağını artıracaq şəkildə icra etmək;
•⁠ Xarici və daxili kommunikasiya işlərini idarə etmək, o cümlədən mətbuat açıqlamaları və rəsmi bəyanatları hazırlamaq;
•⁠ Nazirliklə kommunikasiyanın qurulmasını təmin etmək və dərc olunmuş materialların, tədbirlərin və digər PR fəaliyyətlərinin hesabatlarını hazırlamaq;
•⁠ Yeni ideyalar irəli sürərkən dövlət qurumları üçün müəyyən edilmiş tənzimləmələrə əməl olunmasını və ictimaiyyətə ünvanlanan məlumatların Nazirliyin kommunikasiya qaydalarına uyğunluğunu təmin etmək;
•⁠ Müsahibələrin, mətbuat konfranslarının və brifinqlərin vaxtında təşkili;
•⁠ Dərc olunan məlumatların düzgünlüyünə nəzarət etmək və mənfi media materiallarına operativ şəkildə cavab vermək.

Rəqəmsal marketinq və məzmun yaradılması:
•⁠ Sosial şəbəkələrin idarə olunmasına, vebsaytın yenilənməsinə və rəqəmsal kampaniyaların həyata keçirilməsinə nəzarət etmək;
•⁠ Sosial media paylaşımları, hesabatlar və mətbuat açıqlamaları da daxil olmaqla maraqlı məzmun hazırlamaq;
•⁠ Bütün rəqəmsal platformalarda brendin vahidliyini təmin etmək;
•⁠ Onlayn fəaliyyətə nəzarət etmək və sosial şəbəkələrdə verilən rəylərə operativ şəkildə cavab vermək;
•⁠ Müsahibə qeydlərini idarə etmək və arxivləşdirmək, həmçinin məlumatların strukturlaşdırılmış bazasını formalaşdırmaq.

Tədbirlərin təşkili və tərəfdaşlarla iş:
•⁠ Tədbirlər, konfranslar və marketinq kampaniyalarını planlamaq və həyata keçirmək;
•⁠ Tədbirlərin keçirilməsi üçün təchizatçılar və xidmət təminatçıları ilə əməkdaşlıq qurmaq;
•⁠ Təqaüd imkanlarının effektiv şəkildə təbliği üçün daxili komanda ilə işləmək;
•⁠ Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək PR və marketinq büdcələrini müəyyənləşdirmək.

Strateji planlama və böhran kommunikasiyası:
•⁠ Rəhbər heyət və həmkarlarla fikir mübadiləsi aparmaqla marketinq strategiyalarının inkişafına töhfə vermək;
•⁠ PR və kommunikasiya sahəsi ilə bağlı normativ dəyişikliklərdən xəbərdar olmaq;
•⁠ Mediada baş verən yeniliklərə operativ reaksiya vermək, ictimai etimadı gücləndirmək və qurumun müsbət imicini qorumaqla reputasiyanın effektiv idarə olunmasını təmin etmək;
•⁠ Kommunikasiya proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması təşəbbüslərini dəstəkləmək.

Müraciət: vakansiya.dp@edu.gov.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar