Sentyabrın 12-də tədqiqatçılar üçün “Akademik təsir və nüfuz: strateji nəşrdən uğurun təqdimatına” mövzusunda vebinar təşkil olunacaq. Vebinarın məqsədi tədqiqatçıların elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması, data əsaslı qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və akademik təsirin gücləndirilməsi istiqamətində dəstək göstərməkdir.
Vebinar zamanı iştirakçılara məqalələrin nəşri üçün etibarlı mənbələrin müəyyənləşdirilməsi, əməkdaşlıq ediləcək tərəfdaşların seçilməsi üçün data əsasında qərarların qəbulu, eləcə də ali təhsil müəssisələrinin tədqiqat potensialının qlobal səviyyədə tanıdılması imkanlarını əhatə edən yol xəritəsi təqdim olunacaqdır.
Tədbirin praktiki hissəsində aşağıdakı mövzular müzakirə ediləcəkdir:
• istinad göstəricilərindən və əməkdaşlıq məlumatlarından istifadə etməklə nəşr və tərəfdaşlıq strateg- iyalarının formalaşdırılması;
• InCites analitika alətindən istifadə olunaraq akademik təsir hesabatlarının hazırlanması və inkişaf edən tədqiqat sahələrinin müəyyənləşdirilməsi;
• Clarivate həlləri vasitəsilə qlobal görünürlüyün artırılması və yeni auditoriyalara çıxış imkanlarının genişləndirilməsi.
Təlimçi: İltifat İbrahimov
Tarix: 12 sentyabr 2025-ci il, saat 14:00-15:15
Qeyd: Vebinarın sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaqdır.
“Akademik təsir və nüfuz: strateji nəşrdən uğurun təqdimatına” vebinarı
OXŞAR POSTLAR