Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş magistrantların və gənc tədqiqatçıların “Elmi innovasiyalar və dayanıqlı texnologiyalar” konfransı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistrantların və gənc tədqiqatçıların “Elmi innovasiyalar və dayanıqlı texnologiyalar” mövzulu respublika elmi konfransı keçiriləcək. Konfransın əsas məqsədi magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını təşviq etmək, onların apardıqları tədqiqatların müzakirəsi və elmi nəticələrin təqdim edilməsi üçün əlverişli platforma yaratmaqdır.
Konfrans çərçivəsində müasir qlobal çağırışlar fonunda milli inkişaf prioritetlərinə uyğun elmi yanaşmaların formalaşdırılması, innovativ ideyaların irəli sürülməsi və elmi-tədqiqat nəticələrinin praktiki əhəmiyyətinin artırılması nəzərdə tutulur. Eyni zamanda, tədbir gənc tədqiqatçıların elmi potensialının inkişafına, onların akademik mühitə inteqrasiyasına, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və gələcək elmi kadrların formalaşmasına xidmət edir.



