spot_img
HomeBeynəlxalq LayihələrRumıniyada təqaüdlü Yay Məktəbi fürsəti
spot_img

Rumıniyada təqaüdlü Yay Məktəbi fürsəti

Buxarest İqtisad Universiteti  Buxarest Yay Universiteti 2026 proqramı elan edib.

Dünyanın bütün ölkələrindən tələbələr müraciət edə bilərlər. Proqram əsasən iqtisadiyyat, beynəlxalq biznes və əlaqəli sahələrə maraq göstərən gənclər üçün nəzərdə tutulub.

Müraciət prosesi

  • CV hazırlamaq;
  • Rəsmi müraciət formasını doldurmaq
  • Seçilən müraciət növünə uyğun olaraq motivasiya məktubu /esse təqdim etmək
  • 120 saniyəlik motivasiya video hazırlamaq

Video təqdimatda namizədlər aşağıdakı sualları cavablandırmalıdırlar

  1. Təhsil sistemləri gələcəyin liderlərini dinamik qlobal iqtisadiyyata hazırlayırmı?
  2. Beynəlxalq iqtisadi münasibətlər sahəsində uğur qazanmaq üçün tələbələr hansı bacarıqları inkişaf etdirməlidirlər?

Təqaüd proqramının təklif etdikləri

  • Rumıniyanın Buxarest şəhərində 2 həftəlik beynəlxalq yay məktəbində iştirak
  • Universitet kampusunda yerləşmə
  • Gündə 3 dəfə yemək
  • Hava limanından transfer xidməti
  • Rumıniyanın müxtəlif bölgələrinə ekskursiyalar
  • Akademik kurslar və seminarlar
  • Beynəlxalq professorlar və şirkət nümayəndələri ilə görüşlər
  • Xarici tələbələrlə şəbəkələşmə imkanı

Qeyd: proqram iştirakçılarının Rumıniyaya gediş-gəliş nəqliyyat xərclərini qarşılamır

Ödəniş qaydaları

Proqrama qəbul prosesi üç fərqli kateqoriya üzrə aparılır: tam təqaüdlü, qismən ödənişli və tam ödənişli. Namizədlər seçdikləri kateqoriyadan asılı olaraq fərqli sənədlər təqdim etməli və müvafiq ödəniş müddətlərinə diqqət yetirməlidirlər.

Bütün namizədlər üçün müraciət forması və CV-nin təqdim edilməsi mütləqdir. Lakin tam təqaüd üçün müraciət edənlər əlavə olaraq motivasiya məktubu və özlərini təqdim edən videoçarx hazırlamalıdırlar. Qismən ödəniş edənlərdən yalnız motivasiya məktubu tələb olunsa da, tam ödənişlə qoşulanlar üçün bu sənədlər zəruri deyil.

İştirak ödənişsizdir, lakin seçilən namizədlər 75 € məbləğində əlavə rüsum ödəməlidirlər. Digər iştirakçılar üçün əlavə rüsum 50 € təşkil edir.

Nəticələrin elan olunması

Müraciətlərə baxılma müddəti də seçilən kateqoriyaya görə fərqlənir. Tam ödəniş edən şəxslər 72 saat ərzində cavab ala bildiyi halda, qismən ödəniş edənlər üçün bu müddət 3 həftəyə qədər uzana bilər. Tam təqaüdün nəticələri isə bütün müraciətlər dəyərləndirildikdən sonra, yəni 17 may 2026-cı il tarixində elan olunacaq.

Proqram tarixləri

Proqram 9-23 avqust tarixlərini əhatə edəcək.

Müraciətlərin qəbul tarixləri və son müraciət müddəti ilə bağlı əlavə məlumatların yaxın zamanda təşkilatçılar tərəfindən elan olunacağı gözlənilir.

Seçim və qiymətləndirmə prosesi

  • Akademik motivasiya və maraq dairəsi
  • Beynəlxalq biznes və iqtisadiyyat sahəsinə maraq
  • Video təqdimatdakı cavabların keyfiyyəti
  • Liderlik və kommunikasiya bacarıqları
  • Motivasiya məktubu və essenin məzmunu
  • Beynəlxalq və multikultural mühitdə iştirak potensialı

Seçilmiş iştirakçılar dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə birlikdə beynəlxalq akademik və mədəni proqramda iştirak etmək imkanı qazanacaqlar.

Əlavə suallarla bağlı təşkilatçılarla application@bsu.ase.ro elektron poçtu vasitəsilə əlaqə saxlamaq mümkündür.

Qeydiyyat

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar