Vakansiya: Content Manager
IDTECH və IDSchool komandalarımız üçün yaradıcı, araşdırma bacarığı yüksək və nəticəyönümlü Content Manager axtarırıq.
Vəzifə öhdəlikləri
- Aylıq və həftəlik kontent planlarının hazırlanması
- Sosial media üçün post və Reels ideyalarının hazırlanması
- Video ssenarilərinin və mətnlərinin yazılması
- Müəllimlər, tələbələr və valideynlər əsasında kontent konseptlərinin hazırlanması
- Sosial media trendlərinin və rəqiblərin analiz edilməsi
- Uğur hekayələri, müsahibələr və satış yönümlü kontentlərin hazırlanması
- Videoqraf və dizayner üçün texniki tapşırıqların hazırlanması
- Kontent performansının təhlili və inkişaf təkliflərinin verilməsi
Tələblər
- Copywriting və kontent hazırlama təcrübəsi
- Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı
- Sosial media platformaları üzrə biliklər
- Kreativ düşüncə və araşdırma bacarığı
- Süni intellekt alətlərindən istifadə bacarığı üstünlükdür
- Təhsil və ya xidmət sektorunda təcrübə üstünlükdür
- Ən azı 1 il iş təcrübəsi
Təklif edirik
- Rəsmi əmək müqaviləsi
- Fix əmək haqqı + bonus sistemi
- Karyera inkişafı imkanları
- Təlim və inkişaf imkanları
İş qrafiki: Tam iş günü
CV və portfolio göndərmək üçün: hr@idtech.edu.az
Son müraciət tarixi : 20 iyun



