spot_img
HomeKaryeraContent Manager vakansiyası
spot_img

Content Manager vakansiyası

Vakansiya: Content Manager

IDTECH və IDSchool komandalarımız üçün yaradıcı, araşdırma bacarığı yüksək və nəticəyönümlü Content Manager axtarırıq.

Vəzifə öhdəlikləri

  • Aylıq və həftəlik kontent planlarının hazırlanması
  • Sosial media üçün post və Reels ideyalarının hazırlanması
  • Video ssenarilərinin və mətnlərinin yazılması
  • Müəllimlər, tələbələr və valideynlər əsasında kontent konseptlərinin hazırlanması
  • Sosial media trendlərinin və rəqiblərin analiz edilməsi
  • Uğur hekayələri, müsahibələr və satış yönümlü kontentlərin hazırlanması
  • Videoqraf və dizayner üçün texniki tapşırıqların hazırlanması
  • Kontent performansının təhlili və inkişaf təkliflərinin verilməsi

Tələblər

  • Copywriting və kontent hazırlama təcrübəsi
  • Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı
  • Sosial media platformaları üzrə biliklər
  • Kreativ düşüncə və araşdırma bacarığı
  • Süni intellekt alətlərindən istifadə bacarığı üstünlükdür
  • Təhsil və ya xidmət sektorunda təcrübə üstünlükdür
  • Ən azı 1 il iş təcrübəsi

Təklif edirik

  • Rəsmi əmək müqaviləsi
  • Fix əmək haqqı + bonus sistemi
  • Karyera inkişafı imkanları
  • Təlim və inkişaf imkanları

İş qrafiki: Tam iş günü

CV və portfolio göndərmək üçün: hr@idtech.edu.az

Son müraciət tarixi : 20 iyun

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar