spot_img
HomeElan və XəbərlərYayFest 2026-ya Qeydiyyat Açılır.
spot_img

YayFest 2026-ya Qeydiyyat Açılır.

Yayın ritminə qoşulmağın əsl vaxtıdır! Həyəcanla gözlədiyiniz YayFest 2026 üçün qeydiyyat açıqdır!

13 iyul – 4 sentyabr tarixlərini əhatə edəcək festival bu il süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunub.

2000-dən çox gənci bir araya gətirəcək festival çərçivəsində hər biri 5 gün davam edən 8 tematik düşərgə təşkil olunacaq. İştirakçıları interaktiv təlimlər, vörkşoplar, mütəxəssislərlə görüşlər, komanda oyunları, əyləncəli proqramlar, yeni dostluqlar və unudulmaz yay xatirələri gözləyir.

Düşərgələr və tarixlər:

  1. Rəqəmsal Dövlət – 13-17 iyul
  2. Media və Rəqəmsal Savadlılıq – 20-24iyul
  3. Kreativ Al-27-31 iyul
  4. Müasir Şəhərlər və Texnologiya – 3-7 avqust
  5. Elm, Etika və Gələcək – 10-14 avqust
  6. Mühəndislik və Kod – 17-21 avqust
  7. Startap və Sahibkarlıq – 24-28 avqust
    8.Al – İdman və Sağlamlıq – 31 avqust – 4 sentyabr

Festival haqqında bunları bilmək maraqlıdır:

Yaş həddi: 18-25 yaş
İştirak ödənişsizdir.

Hər gənc yalnız bir düşərgə üçün müraciət edə bilər.

İştirakçılar düşərgə müddətində çadırlarda yerləşdiriləcəklər.

Müraciət zamanı sizə uyğun düşərgəni seçməyi unutmayın.

İştirakçı sayı məhduddur. İlkin seçimdən keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müraciət et

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar