spot_img
HomeKaryeraKorporativ Satış Mütəxəssisi vakansiyası elan edilib
spot_img

Korporativ Satış Mütəxəssisi vakansiyası elan edilib

Biz komandamıza korporativ müştərilərlə peşəkar münasibətlər quracaq, yeni əməkdaşlıqlar yaradacaq və satış hədəflərinə nail olacaq Korporativ Satış Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;
  • Müştərilərlə görüşlərin təşkili və şirkətin xidmətlərinin təqdim edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
  • Müqavilə danışıqlarının aparılması və satış prosesinin idarə edilməsi;
  • Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Satış planının icrası və aylıq hesabatların hazırlanması;
  • CRM sistemində müştəri məlumatlarının düzgün və operativ idarə olunması.

Tələblər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis dili üstünlük hesab olunur);
  • MS Office proqramlarında işləmək bacarığı.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Gənc, dinamik və peşəkar komandada çalışma imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini narmingarayefa@gmail.com ünvanına mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar