Biz komandamıza korporativ müştərilərlə peşəkar münasibətlər quracaq, yeni əməkdaşlıqlar yaradacaq və satış hədəflərinə nail olacaq Korporativ Satış Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;
- Müştərilərlə görüşlərin təşkili və şirkətin xidmətlərinin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
- Müqavilə danışıqlarının aparılması və satış prosesinin idarə edilməsi;
- Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Satış planının icrası və aylıq hesabatların hazırlanması;
- CRM sistemində müştəri məlumatlarının düzgün və operativ idarə olunması.
Tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis dili üstünlük hesab olunur);
- MS Office proqramlarında işləmək bacarığı.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Gənc, dinamik və peşəkar komandada çalışma imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini narmingarayefa@gmail.com ünvanına mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.



