spot_img
HomeKaryeraMetodist vakansiyası
spot_img

Metodist vakansiyası

Məktəbəqədər təhsil müəssisəsi metodist vəzifəsi üzrə vakansiya elan edib. Müasir təhsil metodologiyalarına bələd, təcrübəli və enerjili namizədlər vakansiyaya müraciət edə bilərlər.

Namizədə tələblər:
​Yaş: 25-45
​Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)
​İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi
​Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) mütləqdir

​Şəxsi və peşəkar keyfiyyətlər:
​• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı;
​• Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları;
​• Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq;
​• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı;
• ​Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti;
• ​Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq.

​Əsas vəzifə öhdəlikləri:
​• Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi;
​• Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi;
​• Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması;
​• Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi;
• ​Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət;
​• Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq;
• ​Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

​İş şərtləri:
​İş vaxtı: 09:00 – 18:00
​İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
​Əmək haqqı: 1200 AZN – 1400 AZN

​Məlumatlandırıcı qeydlər:
​• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
​• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur.
• ​CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
​• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
​• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur.
​• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

​Maraqlanan namizədlər öz CV-lərini müraciət formasını dolduraraq info@kindergarten-az.com ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodist” qeyd etmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar