Məktəbəqədər təhsil müəssisəsi metodist vəzifəsi üzrə vakansiya elan edib. Müasir təhsil metodologiyalarına bələd, təcrübəli və enerjili namizədlər vakansiyaya müraciət edə bilərlər.
Namizədə tələblər:
Yaş: 25-45
Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)
İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) mütləqdir
Şəxsi və peşəkar keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı;
• Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları;
• Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq;
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı;
• Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti;
• Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq.
Əsas vəzifə öhdəlikləri:
• Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi;
• Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi;
• Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması;
• Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi;
• Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət;
• Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq;
• Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
İş vaxtı: 09:00 – 18:00
İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
Əmək haqqı: 1200 AZN – 1400 AZN
Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur.
• CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur.
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini müraciət formasını dolduraraq info@kindergarten-az.com ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodist” qeyd etmələri xahiş olunur.



