Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə kino sahəsində yaradıcı potensialın inkişafına yönəlmiş “Yaradıcı Kino İnkubasiya Proqramı” həyata keçirilir.
Proqramın məqsədi:
- Yaradıcı istedadları dəstəkləmək.
- İnnovativ ideyaların inkişafına töhfə vermək.
- Gəncləri film sənayesinə cəlb etmək.
- Kino sahəsində yeni biznes layihələrinin yaranmasına dəstək olmaq.
Proqram 3 mərhələdən ibarətdir:
🔹 Ustad dərsləri
- İnvestisiyaların cəlbi.
- İdeyanın biznes modelinə çevrilməsi.
- Süni intellektin kinoda tətbiqi.
- Kino marketinqi.
- Ssenari yazılışı.
- Yerli və beynəlxalq ekspertlərlə görüşlər.
🔹 Ideaton – Filmaton
- 3 dəqiqəyədək qısametrajlı film hazırlanması.
- Film posteri dizaynı.
- Süni intellekt vasitəsilə animasiya filmi.
- Ssenari yazılışı.
- Mobil tətbiq və digər innovativ layihələrin hazırlanması.
🔹 İnkubasiya proqramı:
- Mentorluq dəstəyi.
- İxtisaslaşmış təlimlər.
- Ofis dəstəyi.
- Film sənayesi nümayəndələri ilə əməkdaşlıq.
- Layihələrin Təqdimat Günündə təqdimatı.
Kimlər müraciət edə bilər?
Mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələrində təhsil alan və ya fəaliyyət göstərən gənclər.



