spot_img
HomeKaryeraAKAD GROUP işə qəbul elan edir!
spot_img

AKAD GROUP işə qəbul elan edir!

İnteryer Dizayner (1–2 il iş təcrübəsi)

AKAD GROUP olaraq böyüyən komandamıza yaradıcılığı, estetik baxışı və peşəkarlığı ilə seçilən İnteryer Dizayner axtarırıq.

Vəzifə öhdəlikləri

•⁠ ⁠Yaşayış və kommersiya məkanları üçün funksional və estetik interyer konsepsiyalarının hazırlanması;
•⁠ ⁠Planlaşdırma, 3D vizuallaşdırma və işçi çertyojlarının hazırlanması;
•⁠ ⁠Material, mebel, işıqlandırma və dekorativ elementlərin seçilməsi;
•⁠ ⁠Layihələrin təqdimatı və müştəri ilə koordinasiyanın təmin edilməsi;
•⁠ ⁠Layihələrin icrası zamanı müəllif nəzarətinin həyata keçirilməsi;
•⁠ ⁠Komanda üzvləri və icraçılarla sıx əməkdaşlıq.

Namizədə tələblər

•⁠ ⁠İnteryer dizayn sahəsində minimum 1–2 il iş təcrübəsi;
•⁠ ⁠AutoCAD, 3ds Max (Corona və ya V-Ray) və Adobe Photoshop proqramlarında sərbəst işləmək bacarığı (Archicad və Revit proqramlarını da bilməsi əlavə üstünlükdür);
•⁠ ⁠İşçi çertyojlarının hazırlanması üzrə praktiki təcrübə;
•⁠ ⁠Yüksək estetik zövq, yaradıcı yanaşma və detallara diqqət;
•⁠ ⁠Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
•⁠ ⁠Portfolio təqdim edilməsi mütləqdir.

Biz nə təklif edirik?

•⁠ ⁠Maraqlı və fərqli layihələrdə iştirak imkanı;
•⁠ ⁠Peşəkar və inkişaf yönümlü iş mühiti;
•⁠ ⁠Karyera yüksəlişi və davamlı inkişaf imkanları;
•⁠ ⁠Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);
•⁠ ⁠Stabil və uzunmüddətli əməkdaşlıq.

İş yeri: Çinar Park Biznes Mərkəzi, Bakı şəhəri
İş qrafiki: Tam iş günü (5 gün)

Əgər yaradıcılığınızı real layihələrdə görmək və peşəkar komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV və portfolionuzu bizimlə paylaşın.

Email: hr@akadgroup.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar