İnteryer Dizayner (1–2 il iş təcrübəsi)
AKAD GROUP olaraq böyüyən komandamıza yaradıcılığı, estetik baxışı və peşəkarlığı ilə seçilən İnteryer Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
• Yaşayış və kommersiya məkanları üçün funksional və estetik interyer konsepsiyalarının hazırlanması;
• Planlaşdırma, 3D vizuallaşdırma və işçi çertyojlarının hazırlanması;
• Material, mebel, işıqlandırma və dekorativ elementlərin seçilməsi;
• Layihələrin təqdimatı və müştəri ilə koordinasiyanın təmin edilməsi;
• Layihələrin icrası zamanı müəllif nəzarətinin həyata keçirilməsi;
• Komanda üzvləri və icraçılarla sıx əməkdaşlıq.
Namizədə tələblər
• İnteryer dizayn sahəsində minimum 1–2 il iş təcrübəsi;
• AutoCAD, 3ds Max (Corona və ya V-Ray) və Adobe Photoshop proqramlarında sərbəst işləmək bacarığı (Archicad və Revit proqramlarını da bilməsi əlavə üstünlükdür);
• İşçi çertyojlarının hazırlanması üzrə praktiki təcrübə;
• Yüksək estetik zövq, yaradıcı yanaşma və detallara diqqət;
• Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
• Portfolio təqdim edilməsi mütləqdir.
Biz nə təklif edirik?
• Maraqlı və fərqli layihələrdə iştirak imkanı;
• Peşəkar və inkişaf yönümlü iş mühiti;
• Karyera yüksəlişi və davamlı inkişaf imkanları;
• Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);
• Stabil və uzunmüddətli əməkdaşlıq.
İş yeri: Çinar Park Biznes Mərkəzi, Bakı şəhəri
İş qrafiki: Tam iş günü (5 gün)
Əgər yaradıcılığınızı real layihələrdə görmək və peşəkar komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV və portfolionuzu bizimlə paylaşın.
Email: hr@akadgroup.az



