spot_img
HomeKaryeraTƏBİB-də İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi vakansiyası
spot_img

TƏBİB-də İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi vakansiyası

TƏBİB İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Şəhər: Bakı
Son müraciət: 24.08.2026

Görəcəyiniz işlər:

• Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
• Konseptual sənədlərinin hazırlanması və kargüzarlıq işlərinin təşkil edilməsi;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə zəruri hesabatların hazırlanmasında iştirak edilməsi;
• TƏBİB-in struktur bölmələri və tabeli tibb müəssisələrindən məlumatların alınması üçün sorğuların göndərilməsi;
• Sahə üzrə təkmilləşdirilmə təkliflərinin hazırlanması.

Uyğun namizəd:

• Ali tibbi təhsil
• Sahə üzrə minimum 1 il iş təcrübəsi
• Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
• Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
• Komandada işləmə bacarığı
• Məsuliyyətlilik
• İntizamlılıq
• Dəqiqlik
• Nəticəyönümlülük

Əlavə məlumatlar:

• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

• CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Məsləhətçi” qeyd olunmalıdır;
• Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar