TƏBİB İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Şəhər: Bakı
Son müraciət: 24.08.2026
Görəcəyiniz işlər:
• Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
• Konseptual sənədlərinin hazırlanması və kargüzarlıq işlərinin təşkil edilməsi;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə zəruri hesabatların hazırlanmasında iştirak edilməsi;
• TƏBİB-in struktur bölmələri və tabeli tibb müəssisələrindən məlumatların alınması üçün sorğuların göndərilməsi;
• Sahə üzrə təkmilləşdirilmə təkliflərinin hazırlanması.
Uyğun namizəd:
• Ali tibbi təhsil
• Sahə üzrə minimum 1 il iş təcrübəsi
• Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
• Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
• Komandada işləmə bacarığı
• Məsuliyyətlilik
• İntizamlılıq
• Dəqiqlik
• Nəticəyönümlülük
Əlavə məlumatlar:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
• CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Məsləhətçi” qeyd olunmalıdır;
• Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.



