2026-cı il “MIRAI” Qısamüddətli Yaponiya Mübadilə Proqramı üçün sənəd qəbuluna start verilmişdir.
Proqramın əsas məqsədi Yaponiya ilə dünyanın müxtəlif ölkələrinin nümayəndələri arasında qarşılıqlı mübadiləni təşviq etmək, həmçinin Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, zəngin mədəniyyəti, diplomatik əlaqələri və digər sahələri haqqında anlayışı dərinləşdirməkdir.
Bu ilki proqramın mövzusu “Süni intellekt startapları” olacaqdır.
Ətraflı məlumat üçün link: https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00941.html.
Kimlər müraciət edə bilər?
20-30 yaş arası fəal gənclər
Azərbaycandakı universitetlərdə mühəndislik və informasiya texnologiyaları ilə əlaqəli sahələr üzrə təhsil alan bakalavr və magistratura tələbələri, həmçinin İT mütəxəssisi və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər;
Müraciət üçün son tarix: 31 avqust, 2026-cı il (Azərbaycan vaxtı ilə saat 05:00-dək)
Müraciət etmək üçün tələsin!



