Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin inkişafına dəstək məqsədilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan edilir.
Təlimin keçiriləcəyi yer: Lənkəran şəhəri
Tarix: 15–17 oktyabr 2026-cı il
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük veriləcək:
• İlk dəfə iştirak edənlərə;
• QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
• QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
• Regionlarda fəaliyyət göstərən QHT-lərə; • İngilis dili biliyi olan şəxslərə;
• QHT-nin sosial media səhifələrini idarə edənlərə.
Təlimdə iştirak üçün müraciət mərhələləri:
1. Sorğu forması 30 sentyabr 2026-cı il saat 23:59-dək doldurularaq Agentliyə göndərilməlidir.
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və nəticəyə uyğun olaraq növbəti mərhələyə keçid edilir.
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Qeyd:
• Daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarında iştirak edən şəxslər bu təlimdə iştirak edə bilməzlər.
• Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.



