“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində startap ekosisteminin inkişafına dəstək məqsədilə “Startup Academy” yaradılıb.
Startaplar “Coursera” platformasına 12 həftə ərzində tam ödənişsiz giriş əldə edərək, onlar üçün xüsusi seçilmiş 150+ təlimdən yararlana biləcəklər.
Bununla yanaşı, iştirakçılar Coursera-da mövcud olan 21 000+ təlimə də çıxış əldə edəcəklər.
Təlimlər startapların biznesin qurulması, idarə olunması, innovasiya, marketinq, maliyyə və digər vacib istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməsinə imkan yaradacaq.
Öz startapınızı yaratmaq və ya ideyanızı yeni səviyyəyə yüksəltmək istəyirsinizsə, fürsətdən yararlanın!
Müraciət: https://form.4sim.gov.az
“4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqramın tərəfdaşları: “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group”.



