spot_img
HomeBeynəlxalq LayihələrABŞ-də təqaüdlü təhsil fürsəti
spot_img

ABŞ-də təqaüdlü təhsil fürsəti

2027–2028-ci tədris ili üçün Fulbright Xarici Tələbə Proqramı müsabiqəsi üçün qeydiyyat açıqdır.

Proqram Azərbaycanın gənc mütəxəssislərinə ABŞ universitetlərində bir il və ya daha uzun müddət ərzində magistr səviyyəsində təhsil almaq imkanı yaradır. Fulbright təqaüdləri aşağıdakı istiqamətlər də daxil olmaqla müxtəlif ixtisas və sahələr üzrə təqdim olunur:

Kənd Təsərrüftı
Təhsil
İqtisadi inkişaf
STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat)
Dövlət idarəçiliyi
Dövlət siyasəti
Sosial iş
İctimai səhiyə
Şəhərsalma
Turizm
Hüquq

Qeyd: Stomatologiya, tibb, əczaçılıq və tibb bacılığı kimi klinik təcrübə tələb edən proqramlara müraciət etmək mümkün deyil. Bununla belə, ictimai səhiyyə və tibb bacılığı idarəçiliyi kimi sahələrə müraciət etməyə icazə verilir.

Uyğunluq tələbləri:
Azərbaycan Respublikasının vətəndaşı və ya etibarlı Azərbaycan pasportu almaq hüququna malik daimi sakin olmalıdırlar;
ABŞ-da daimi yaşamaq hüququ olan şəxslər və ikili (Azərbaycan və ABŞ) vətəndaşlığı olan şəxslər müraciət edə bilməzlər;
Azərbaycanda yaşamalıdırlar;
Bakalavr təhsilini tamamlamış olmalıdırlar;
Təhsil almaq istədikləri sahə üzrə minimum iki illik peşəkar iş təcrübəsinə malik olmalı və liderlik potensialı nümayiş etdirməlidirlər;
İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalıdırlar;
Hazırda ABŞ-da təhsil alan şəxslər Fulbright təqaüdünə müraciət edə bilməzlər;
Qənaətbəxş tibbi yoxlamadan keçməlidirlər (seçilmiş namizədlər ABŞ universitetlərinin və səhiyyə tələblərinin, o cümlədən peyvənd tələblərinin şərtlərinə cavab verməlidirlər).

Proqramın üstünlükləri:
Təhsil haqqının, yaşayış xərclərinin və səfər xərclərinin qarşılanması;
ABŞ-da yaşamaq və Amerika cəmiyyətinə öz mədəniyyətinizi tanıtmaq imkanı;
Akademik hazırlıq proqramları və inkişaf seminarları;
Qlobal Fulbright məzunlar şəbəkəsinə qoşulmaq imkanı;
ABŞ universitetində seçdiyiniz sahə üzrə magistr dərəcəsi əldə etmək imkanı.

Seçim mərhələləri:
Müraciətlər ilkin qiymətləndirmədən keçiriləcək;
Ekspertlər tərəfindən tövsiyə olunan namizədlər müsahibəyə dəvət olunacaqlar;
Müsahibələr ingilis dilində və əyani formada keçiriləcək;
Seçim komissiyası səfirlik nümayəndələri, ABŞ və Azərbaycan alimləri, eləcə də Fulbright proqramının məzunlarından ibarət olacaq;
Namizədlərin yekun təsdiqi Fulbright Xarici Təqaüdlər Şurası (Fulbright Foreign Scholarship Board) tərəfindən veriləcək.

Müraciət qaydası:
Üç (3) tövsiyə məktubu (müəllimlər, professorlar və ya iş rəhbərləri tərəfindən onlayn
Şəxsi bəyanat (Personal Statement) – 600–1000 söz;
Təhsil sahəsi üzrə esse (Field of Study Essay) – 500 söz;
CV və ya tərcümeyi-hal;
Akademik transkriptlər və diplomlar (ingilis dilinə təsdiqlənmiş tərcümə və ya orijinal sənədlərin təsdiqlənmiş surətləri skan edilərək sistemə yüklənməlidir);
Son iki il ərzində verilmiş TOEFL (bütün namizədlər üçün tələb olunur) və GRE (əksər sahələr üzrə tələb olunur) nəticələri, əgər mövcuddursa.

Mümkün olduğu halda, standartlaşdırılmış imtahan nəticələri müraciət zamanı təqdim edilməlidir (minimum TOEFL iBT 90 və ya IELTS 7.0). Nəticələri təqdim edə bilməyən qısa siyahıya düşmüş namizədlər üçün 2026-cı ilin oktyabr–noyabr aylarında TOEFL və GRE imtahanları üçün ödənişsiz vauçerlər təqdim olunacaq.

Son müraciət tarixi: 28.07.2026 saat 23:59

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar