spot_img
HomeKaryeraABŞ-ın Bakıdakı Səfirliyində vakansiya
spot_img

ABŞ-ın Bakıdakı Səfirliyində vakansiya

ABŞ-ın Bakıdakı Səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi (Customer Service Center Representative) vəzifəsinə işçi axtarır.

Vəzifə haqqında:
MXM nümayəndəsi olaraq ABŞ Səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək, onları müvafiq şöbələrlə əlaqələndirəcək və keyfiyyətli, operativ xidmət göstərilməsinə kömək edəcəksiniz.

Namizədlərə tələblər:
Təhsil: Ən azı 2 il universitet təhsili
İş təcrübəsi: Ən azı 6 ay inzibati və ya müştəri xidmətləri sahəsində təcrübə
Dil bilikləri: İngilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik
İnsanlarla ünsiyyət qurmağı, onlara dəstək olmağı və problemlərin həllinə kömək etməyi sevən namizədlərə üstünlük verilir.

Son müraciət tarixi: 26 avqust

ABŞ Səfirliyində çalışmaq və beynəlxalq iş mühitində təcrübə qazanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar