ADA universiteti Kommunikasiya üzrə müəllim vəzifəsinə vakansiya elan edir.
ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbi (SPIA) 2026-cı ilin payız semestri (sentyabr–dekabr) üçün tam ştatlı “Visiting Lecturer” (Communication/Kommunikasiya) vəzifəsinə dinamik və peşəkar namizədlər axtarır. Bu vəzifə kommunikasiya və media sahəsinə maraq göstərən namizədlər üçün ideal imkandır, çünki vəzifə yalnız tədrisə yönəlib və heç bir elmi-tədqiqat öhdəliyi daşımır. Təyinatın müddəti uzadıla bilər.
Seçilən namizədə aylıq 2,000 ABŞ dolları məbləğində əməkhaqqı, həmçinin aşağıdakı əlavə üstünlüklər təqdim olunacaq:
- Gediş-dönüş ekonom sinif aviabileti
- Pulsuz yaşayış yeri
Vəzifələr
- 2026-cı ilin payız semestrində kommunikasiya və media sahəsi üzrə iki bakalavr fənnini tədris etmək.
- Fakültənin fəaliyyətinə töhfə vermək, komitə işlərində iştirak etmək və tələbələrə akademik dəstək/göstəriş vermək.
Tələblər
- Akkreditə olunmuş ali təhsil müəssisəsindən müvafiq sahə üzrə magistr (M.A.) dərəcəsi (Ph.D. üstünlük hesab olunur).
- Kursların hazırlanması və tədrisi sahəsində təcrübə.
- İngilis dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
- Tədris keyfiyyətinə və universitet icmasına töhfə verməyə güclü bağlılıq.
Müraciət qaydası
Maraqlanan namizədlərdən sənədlərini, mümkün olduğu halda bir PDF faylı şəklində, spiarecruitment@ada.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət paketinə aşağıdakılar daxil edilməlidir:
- Vəzifəyə marağı izah edən motivasiya məktubu (cover letter).
- Ətraflı CV.
- İki peşəkar tövsiyəçinin əlaqə məlumatları.
- Tədris fəlsəfəsi (teaching philosophy) haqqında bəyanat.
- Magistratura üzrə akademik transkriptlər.
E-poçtun mövzu hissəsində (Subject) müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 24 iyul 2026.



