spot_img
HomeKaryeraAkademik məsləhət üzrə koordinator vakansiyası
spot_img

Akademik məsləhət üzrə koordinator vakansiyası

Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Akademik məsləhət üzrə koordinator vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Tyutorların fəaliyyətini koordinasiya etmək və onlara nəzarət etmək;
• Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya proqramlarının təşkili və həyata keçirilməsini əlaqələndirmək;
• Tələbə müraciətlərinin operativ şəkildə cavablandırılmasını və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin etmək;
• Akademik dəstək xidmətlərinin effektivliyinin təhlili, qiymətləndirilməsi və inkişafını təmin etmək;
• Tələbələrə akademik məsləhət istiqamətində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
• Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

• Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
• Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;
• Təhsil sahəsində iş təcrübəsi;
• Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
• İngilis və ya rus dili bilikləri;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Komandada iş və işgüzar kommunikasiya bacarığı;
• Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları.

İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar