Azərbaycan Dillər Universiteti (ADU) PHŞ Psixologiya və Pedaqogika kafedrasına laborant vəzifəsinə vakansiya elan edib.
Əsas tələblər:
· Ali təhsil (kafedranın profilinə uyğun)
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (kafedranın profilinə uyğun)
Vəzifə və öhdəliklər
– Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak etmək;
– Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərmək;
– Keçiriləcək dərslərin qrafikini tənzimləmək;
– İxtisasları üzrə biliklərini genişləndirmək və dərinləşdirmək, araşdırmalara cəlb olunmaq;
– Kafedranın lazımi sənədlərini təşkil etmək;
– Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırmaq;
– Dərs cədvəlinin hazırlanmasında və dərs yükünün hesablanmasında iştirak etmək;
– Tələbələrlə etik davranış qaydalarına riayət etmək, elmi-metodiki göstərişlər və izahatlar vermək;
– İnformasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına əməl etmək.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət etmək istəyən şəxslər CV-lərini kadrlar@adu.edu.az mail ünvanına 20 iyul saat 18:00-dək göndərə bilərlər.



