Vəzifə öhdəlikləri:
• Sosial media paylaşımları üçün vizualların hazırlanması
• Çap məhsullarının (flayer, poster, buklet, banner və s.) dizayn edilməsi
• Brendin vizual üslubuna uyğun kreativ konseptlərin hazırlanması
• Marketinq və kommunikasiya materiallarının dizaynı
• Mövcud dizaynların yenilənməsi və təkmilləşdirilməsi
Tələblər:
• Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi
• Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə bilmək
• Kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə biliklər
• Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı
Üstünlük hesab olunur:
• Adobe After Effects və ya Capcut bilikləri
• Foto/videoçəkiliş bacarığı
İş şəraiti:
İş vaxtı: həftəiçi 5 gün, saat 9:00 – 18:00
İş formatı: əmək qanunvericiliyinə uyğun sənədləşmə
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini və portfoliolarını 25 avqust 2026-cı il tarixinədək hr@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu sətrində “Qrafik dizayner” yazılmalıdır.



