Vəzifə öhdəlikləri:
İş sahələrinin auditini aparmaq, hər hansı bir təhlükəli davranış və ya qayda pozuntularının olub-olmadığını yoxlamaq;
Fəaliyyətin bütün aspektlərinin riskini və mümkün əmniyyət təhlükələrini qiymətləndirmək;
Təhlükəsizlik məlumatı üzrə analitik hesabatlar hazırlamaq;
Sahələrin təhlükəsiz olmasını təmin etmək məqsədi ilə sahələrdə və proseslərdə istehsal avadanlıqlarını yoxlamaq;
Avadanlıqlara texniki baxış keçirməklə və işçilərə təlim keçməklə profilaktik tədbirlərə diqqət ayırmaq;
Müşavirələrdə və ya mühazirə tipli təlim məşğələlərində personalın təhlükəsizlik prinsiplərini təqdim etmək;
Sağlamlıq və təhlükəsizlik texnikası və mədəniyyəti ilə bağlı biliyinin yenilənməsi üçün davamlı olaraq təlim və brifinqlərdə iştirak etmək;
Təklif edilən təkmilləşdirmə işlərini mövcud infrastruktur və biznes proseslərinin də daxil olduğu sahə təhlükəsizlik planlarını hazırlamaq;
İstehsal briqadası və bütün şirkət çərçivəsində təhlükəsizlik standartlarında uyğunluğu təmin etmək məqsəd ilə layihə rəhbərliyi ilə birlikdə informasiya, təklif və müşahidələri paylaşmaq;
Bədbəxt hadisələrin və digər təhlükəli şəraitin səbəblərini araşdırdıqdan sonra SƏTƏM üzrə Menecerə bununla bağlı hesabat göndərmək;
Kritik sahələrdə gələcəkdə baş verəcək qəzaların qarşısını almaq üçün ən yaxşı yolu tapmaq;
Personalın sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməsini nəzərdən keçirmək və bununla bağlı hesabat təqdim edərək öz tövsiyələrini vermək;
Ərazidə həftəlik və gündəlik təftişlər aparmaq, hesabat hazırlamaq və SƏTƏM menecerinə göndərmək;
Müxtəlif iş sahələrində gündəlik SƏTƏM brifinqləri keçirmək və hesabat vermək.
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “SƏTƏM üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



