Təsvir
- Aviasiya təhlükəsizliyi və keyfiyyətin idarə olunması sahəsində normativ-hüquqi sənədləri, ISO 9000 standartlarını və texniki tənzimləmə prinsiplərini praktik fəaliyyətdə tətbiq etmək, təhlükəsizlik sisteminin effektivliyini təmin etmək;
- Aviasiya təhlükəsizliyi üzrə keyfiyyətə nəzarət proqram və prosedurlarını hazırlamaq və tətbiq etmək, idarə daxilində audit, inspeksiya və monitorinqləri həyata keçirmək;
- Yoxlamalar və monitorinqlər nəticəsində aşkar edilmiş pozuntular və uyğunsuzluqlar üzrə araşdırmalar aparmaq, statistik və analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İdarənin Aviasiya Təhlükəsizlik Proqramının hazırlanmasını, yenilənməsini və icrasını təmin etmək, proqramdan irəli gələn tələblərin yerinə yetirilməsini əlaqələndirmək;
- İdarə əməkdaşlarının buraxılış vəsiqələrinin, xüsusi icazələrin və giriş-çıxış rejiminin təşkilini həyata keçirmək, buraxılışların vaxtında yenilənməsini və operativ rəsmiləşdirilməsini təmin etmək;
- Şöbə və struktur bölmələrdən gündəlik təhlükəsizlik məlumatlarının toplanmasını təşkil etmək, işə giriş-çıxış vaxtlarının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, personalın təlimatlandırılmasını və bilik səviyyəsinin qiymətləndirilməsini həyata keçirmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Minimum 3 il iş təcrübəsi;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
- Heydər Əliyev Beynəlxalq Hava Limanı



