spot_img
HomeKaryeraAZCON Holding Maliyyə planlaması və iqtisadi təhlil (FP&A) şöbəsi üzrə böyük mütəxəssis...
spot_img

AZCON Holding Maliyyə planlaması və iqtisadi təhlil (FP&A) şöbəsi üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan edir. 

Vəzifə funksiyaları:

  • Büdcə və proqnozların hazırlanması və monitorinqi; 
  • Maliyyə nəticələrinin təhlili və rəhbərliyə təqdim edilməsi; 
  • Biznes performansının qiymətləndirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması; 
  • Maliyyə modellərinin qurulması və inkişaf etdirilməsi; 
  • Strateji qərarların dəstəklənməsi üçün analitik hesabatların hazırlanması. 

Əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür); 
  • Hesabatlıq, büdcələmə, maliyyə təhlili və ya investisiya sahəsində minimum 4-5 il iş təcrübəsi; 
  • Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (üstünlükdür); 
  • Beynəlxalq maliyyə hesabatlılığı standartları (IFRS) üzrə bilik və tətbiq bacarığı; 
  • ACCA (minimum Fundamental səviyyə) və ya CFA (minimum Level I) sertifikatına malik olması;
  • Maliyyə modellərinin qurulması və proqnozlaşdırma sahəsində praktiki təcrübə; 
  • “Microsoft Office” proqramları üzrə (xüsusilə Excel) yüksək səviyyədə biliklərin olması, “Microsoft Power BI” bilikləri üstünlükdür; 
  • Güclü analitik və tənqidi düşüncə, yüksək məsuliyyətlilik və etik davranış.

Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Böyük mütəxəssis” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar