İstehsalat sahəsində təcrübəniz, texniki bilikləriniz və operativ qərarvermə bacarığınız varsa, sizi komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
✔ Təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli icrasına nəzarət etmək
✔ Avadanlıqların istifadəyə yararlılığını yoxlamaq və təsdiqləmək
✔ Xüsusi layihələrin icrasını təşkil və koordinasiya etmək
✔ Podratçı şirkətlər tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət etmək
✔ Təcili təmir işləri üzrə operativ müdaxilə etmək
✔ Zavoddakı texniki sistemlərin dövri baxış və xidmətini təmin etmək
✔ Fövqəladə hallar barədə rəhbərliyi dərhal məlumatlandırmaq
✔ Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
Namizədə tələblər:
Ali təhsil
Minimum 3 il iş təcrübəsi (istehsalat sahəsində təcrübəyə üstünlük verilir)
Azərbaycan dili sərbəst, rus dili arzuolunandır
1C və MS Office proqram bilikləri
Texniki sahə üzrə baza bilikləri (mexanika, elektromexanika və s.)
Əl, elektrik və mexaniki alətlərlə işləmə bacarığı
Operativ qərarvermə və güclü nəzarət bacarığı
Ünsiyyətcil və məsuliyyətli olmaq
Bəy namizədlərə üstünlük verilir
İş şəraiti:
Əmək haqqı: 1000 – 1200 AZN
İş qrafiki: 6 günlük
(Həftə içi 08:00 – 16:00, Şənbə qısaldılmış iş günü)
İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “AzEmal – Təsərrüfat mütəxəssisi” qeyd etməklə hr@azeraholding.az ünvanına göndərə bilərlər.
Peşəkar komandada yer almaq fürsətini qaçırmayın



