GeologyWorks ilə real iş təcrübəsi qazan, geologiya, geofizika və mühəndislik sahələrində biliklərini inkişaf etdir və karyerana güclü start ver! Proqram iştirakçıları həm peşəkar bacarıqlar, həm də praktiki təcrübə əldə edəcəklər.
Uyğunluq meyarları ilə tanış olun:
– Müvafiq bakalavr və yaxud magistr dərəcəsi
– 2024, 2025 və 2026-cı illərdə məzun olanlar məzun proqramına müraciət edə bilər
– 2027-ci il məzunları təcrübə proqramına müraciət edə bilər
– 2028-ci il bakalavr məzunları isə Discovery Week (Kəşf həftəsi) proqramına müraciət edə bilər
– Azərbaycan vətəndaşlığı
– Minimum 75% (və ya 2.5 orta bal/CGPA)
Son qeydiyyat tarixi: 5 dekabr 2025-ci il.
Yaşayış və iş şəraiti: Təlim və mentorluq daxil olmaqla təmin olunur
Fəaliyyət sahələri: Quyular, geofizika, mühəndislik və digər müvafiq sahələr
Bu proqram sənin CV-ni gücləndirəcək, real iş mühitində təcrübə qazandıracaq və yeni əlaqələr qurmağa imkan verəcək.



