İşəgötürən: AZSET / AZCON School of Engineering & Technologies (Azərbaycan Texniki Universitetinin struktur bölməsi)
Azərbaycanda ali təhsil sahəsində mühüm yenilik olaraq “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) fəaliyyətə başlayır. AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, Münhen Texniki Universitetinin (MTU) “TUM International GmbH”nın (TUMint) şirkətinin dəstəyi ilə ərsəyə gəlib.
AZSET ingilis dilində kompüter elmləri üzrə bakalavr (Bachelor of Science) proqramı təklif edir. Proqram Münhen Texniki Universiteti kimi tədqiqat universitetinin potensialını Azərbaycanın texnoloji ehtiyaclarına uyğunlaşdırılmış beynəlxalq tədris planı ilə birləşdirir. İlk tələbə qəbulu 2026-cı ilin sentyabr ayında başlayacaq.
VAKANSİYA BARƏDƏ MƏLUMAT
Vəzifə: Müəllim (lektor) — Kompüter elmləri üzrə
Məşğulluq: Tam ştat / yarım ştat / saathesabı (namizədlərdən asılı olaraq)
İş yeri: AZSET Kampusu, Azərbaycan Texniki Universiteti, Bakı
İşə başlama tarixi: İyun 2026
Tədris dili: İngilis dili
İŞİN TƏSVİRİ
• Aşağıdakı fənlərdən bir və ya bir neçəsi üzrə yüksək keyfiyyətli mühazirələrin, seminarların, laboratoriya məşğələlərinin və məsləhət (tutorial) saatlarının keçirilməsi: Kompüter elmlərinə giriş · Kompüter arxitekturasına giriş · Proqram mühəndisliyinə giriş · Nəzəri kompüter elmlərinə giriş · Funksional proqramlaşdırma və verifikasiya · Alqoritmlərin və verilənlər strukturlarının əsasları · Əməliyyat sistemlərinin və sistem proqram təminatının əsasları · Verilənlər bazalarının əsasları · Kompüter şəbəkələrinin və paylanmış sistemlərin əsasları · Proqramlaşdırma üzrə əsas laboratoriya · Kompüter arxitekturası üzrə əsas laboratoriya · Diskret strukturlar · Diskret ehtimal nəzəriyyəsi · Ədədi proqramlaşdırma · Kompüter elmləri üçün xətti cəbr · Kompüter elmləri üçün riyazi analiz;
• MTU-un akademik standartlarına uyğun kurs materiallarının, tapşırıqların, praktiki çalışmaların və layihəyə əsaslanan qiymətləndirmələrin hazırlanması;
• Ciddi və şəffaf imtahanların keçirilməsi və tələbələrə strukturlaşdırılmış akademik geribildirimin verilməsi;
• “TUMin” ilə əlaqəli şəkildə tədris planının hazırlanması və yenilənməsi proseslərində iştirak;
• Tələbə layihələrinə rəhbərlik və məsləhət saatları vasitəsilə mentorluq dəstəyinin göstərilməsi;
• Sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində AZSET-in tədqiqat və tətbiqi layihə fəaliyyətinə töhfə verilməsi.
TƏLƏBLƏR
Əsas tələblər:
• Kompüter elmləri, informatika, proqram mühəndisliyi, kompüter mühəndisliyi və ya yaxın bir sahə üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi;
• Bakalavr səviyyəsində aydın, tələbkar və akademik dərinliyə malik tədris aparmaq bacarığı;
• Ən azı iki əsas kompüter elmləri sahəsi üzrə güclü ixtisas biliyi;
• İngilis dilini mükəmməl bilmək (bütün tədris, qiymətləndirmə və akademik kommunikasiya ingilis dilində aparılır);
• Praktiki proqramlaşdırma, laboratoriya və layihəyə əsaslanan işlərin hazırlanması və onlara rəhbərlik bacarığı.
Üstünlük verilən məqamlar:
• Beynəlxalq səviyyədə tanınmış universitetdə əvvəlki tədris təcrübəsi;
• Çap olunmuş elmi tədqiqat bazası və ya tətbiqi sənaye tədqiqatı təcrübəsi;
• Avropa (Bolonya) akademik çərçivələri ilə tanışlıq.
SEÇİM PROSESİ
Seçim TUM International” standartlarına uyğun ciddi akademik prosedur əsasında aşağıdakı mərhələlərdə həyata keçirilir:
· Sənədlərin nəzərdən keçirilməsi: tərcümeyi-hal (CV), elmi dərəcəni təsdiq edən sənədlər, tədris edilən fənlərin siyahısı, tədris qiymətləndirmələri (mövcud olduqda) və qısa tədris bəyanatı;
· Akademik yoxlama: ixtisas və sahə üzrə biliyin yoxlanması;
· Tədris müsahibəsi: tədris yanaşması, kurs materiallarının hazırlanması, qiymətləndirmə təcrübələri və tələbələrə rəhbərlik;
· Nümunəvi mühazirə (mütləqdir): fakültə komissiyası və seçilmiş tələbələr qarşısında bakalavr proqramına aid mövzuda ingilis dilində 30–45 dəqiqəlik mühazirənin keçirilməsi.
TƏKLİF ETDİYİMİZ İMKANLAR
• Beynəlxalq akademik standartlara əsaslanan, yerli bazardan əhəmiyyətli dərəcədə yüksək rəqabətqabiliyyətli əməkhaqqı;
• “TUM International” tərəfindən təqdim olunan yüksək səviyyəli pedaqoji təlim və peşəkar inkişaf;
• Ölkənin aparıcı texnologiya və infrastruktur qruplarından biri olan AZCON Holdinglə tətbiqi tədqiqat və sənaye layihələrində əməkdaşlıq imkanı;
• MTU-un qlobal akademik şəbəkəsinə, metodologiyalarına və keyfiyyətin təminatı çərçivələrinə çıxış;
• İki tam təmir olunmuş tədris mərtəbəsi və ayrıca laboratoriya mərtəbəsi ilə müasir, məqsədyönlü təmin olunmuş kampus mühiti;
• Azərbaycanın ən iddialı yeni akademik proqramlarından birini quran dinamik, beynəlxalq və gənc komanda;
• Təlimlər üçün Almaniyaya səfərlər.
MÜRACİƏT QAYDASI VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR
Maraqlanan namizədlərdən aşağıdakı sənədləri ingilis dilində və PDF formatında təqdim etmələri xahiş olunur:
1. tərcümeyi-hal (CV);
2. elmi dərəcəni təsdiq edən sənədlərin surəti;
3. tədris edilmiş fənlərin siyahısı (təhsil müəssisəsi və il göstərilməklə);
4. tədris qiymətləndirmələri (mövcud olduqda);
5. tədris ediləcək fənlərə yönəlmiş, əhatə olunacaq mövzuları izah edən bir səhifəlik qısa tədris bəyanatı;
6. iki akademik və ya peşəkar tövsiyə məktubu (məktub və ya əlaqə məlumatları).
Qeyd: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının göstərilməsi vacibdir — “Lecturer in Computer Science”. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün e-poçt ünvanı: info@azsetedu.az



