AZSET tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər vəzifəsinə vakansiya elan edir
AZSET haqqında
“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Fakültəsi (AZSET) AzTU-nun nəzdində fəaliyyət göstərəcək və “TUMint”in akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim edəcəkdir. Təhsil proqramı hazırda ali təhsilin bakalavriat səviyyəsinə kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.
Vəzifə: Tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər
İş yeri: Azərbaycan Texniki Universiteti
Müraciət üçün əlaqə: info@azsetedu.az
Vəzifənin ümumi təsviri
Tədris işləri üzrə və keyfiyyət təminatı üzrə rəhbər AZSET çərçivəsində aparılacaq tədris üzrə dərs cədvəlinin hazırlanması, dərs yükün təşkili, “TUM International” şirkətinin kurikulumunun tətbiq prosesinin koordinasiyası və hər tədris ilinin başlanılmasına qədər bütün keyfiyyət təminatı mexanizmlərinin yerinə yetirilməsini təmin edir.
Əsas vəzifə öhdəlikləri
Dərs cədvəli və kurs təşkili
• Proqram direktoru və müəllim heyəti ilə əməkdaşlıq edərək semestrlər üzrə dərs cədvəlini hazırlamaq;
• AzTU-nun daxili qaydalarına və “TUM International”in proqram tələblərinə uyğun olaraq dərs yükü üzrə tədris saatlarını bölüşdürmək;
• Auditoriya və laboratoriya qrafikini idarə etmək, yaranan uyğunsuzluqları aktiv şəkildə aradan qaldırmaq;
• Təsdiqlənmiş dərs cədvəlini tələbələrə, müəllimlərə və inzibati heyətə vaxtında təqdim etmək.
“TUM International” kurikulumunun tətbiqi
• “TUM International”in məsləhəti əsasında hazırlanan kurikulumun tətbiqi üçün daxili koordinasiyanı həyata keçirmək;
• “TUM International” nümayəndələri ilə proqramın icrası tələbləri barədə əlaqə saxlamaq;
• Kurikulum uyğunluğuna nəzarət etmək, uyğunsuzluqlar olduqda onları qeydə almaq;
• AzTU-da daxili qaydada institusional təsdiq üçün tələb olunan akademik sənədlərin hazırlanmasına dəstək olmaq.
Müəllim heyəti ilə əlaqə
• Yerli və beynəlxalq müəllimlərin dərs hazırlığını, qrafik və akademik məsələləri idarə etmək;
• Kurs proqramlarını, imtahan suallarını və qiymətləndirmə qeydlərini toplamaq, yoxlamaq və arxivləşdirmək;
• Layihə koordinatorı ilə əməkdaşlıq edərək müəllimlərin logistik məsələlərini koordinasiya etmək;
• Yeni müəllim heyətinin AZSET prosedurları və sistemlərə adaptasiyasına dəstək göstərmək.
Keyfiyyətin təminatı
• Proqramın icrasını razılaşdırılmış keyfiyyət standartları və “TUM International” məsləhət meyarları ilə müqayisəli şəkildə izləmək;
• Proqram direktoru üçün müntəzəm keyfiyyət monitorinq hesabatları hazırlamaq;
• Akademik ilin başlanması üçün bütün materialların hazırlanmasını koordinasiya etmək;
• Gələcək akkreditasiya və institusional nəzərdən keçirmə proseslərini dəstəkləmək üçün sənədləri hazırlamaq;
• Tələbələrin rəy sorğusu proseslərini koordinasiya etmək, məlumatların müvafiq qaydada istifadə olunmasını təmin etmək.
Tələblər
• Təhsil idarəetməsi, mühəndislik və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;
• Akademik administrasiya və ya proqram koordinasiyası sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan ali təhsil qaydaları ilə iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərini (yazılı və şifahi) sərbəst bilmək;
• MS Office proqramlarında (xüsusilə dərs cədvəli və kurs planlaşdırması üçün Excel) yüksək bacarıq;
• Yüksək təşkilatçılıq qabiliyyəti, eyni zamanda müxtəlif proseslərin idarə edilməsi bacarığı;
• Beynəlxalq akademik proqramla iş təcrübəsi;
• Avropa akademik kredit sistemləri (ECTS) və keyfiyyət təminatı sahəsində məlumatlılıq və təcrübə;
• Ali təhsil müəssisəsində iş təcrübəsi üstünlük hesab olunur.
Müraciət qaydası
Maraqlanan namizədlər aşağıdakı sənədləri PDF formatında ingilis dilində yuxarıda göstərilmiş müvafiq elektron poçt ünvanına göndərməlidir:
• Vəzifəyə uyğunluğunu əsaslandıran motivasiya məktubu
• CV



