spot_img
HomeKaryeraAzTU-da proqram rəhbəri vəzifəsi üzrə vakansiya
spot_img

AzTU-da proqram rəhbəri vəzifəsi üzrə vakansiya

AzTU SABAH qrupları üzrə proqram rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Universitet akademik idarəetmə sahəsində təcrübəsi olan, tədris prosesinin inkişafına və keyfiyyətinin artırılmasına töhfə vermək istəyən namizədləri müraciət etməyə dəvət edir.

Əmək funksiyaları:

· Tədris proqramlarının hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;

· Təhsil standartlarına və akkreditasiya tələblərinə uyğunluğun təmin edilməsi;

· Akademik heyətlə əməkdaşlığın və koordinasiyanın təşkili;

· Tədris prosesinin monitorinqi, təhlili və qiymətləndirilməsi;

· Hesabatların və müvafiq sənədlərin hazırlanması;

· Tələbələrin akademik inkişafının dəstəklənməsi;

· Tədris keyfiyyətinin artırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

Tələblər:

· Kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;

· Təhsil və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;

· Tədris proqramlarının hazırlanması və idarə olunması sahəsində bilik və təcrübə;

· Təhsil standartları, akkreditasiya və keyfiyyət təminatı prosesləri barədə bilik;

· Akademik və inzibati sənədlərlə işləmək bacarığı;

· Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək.

Üstünlük veriləcək namizədlər:

· PhD (fəlsəfə doktoru) elmi dərəcəsinə malik namizədlər;

· Xarici ölkələrin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə təhsil almış şəxslər;

· Beynəlxalq sertifikatlara malik mütəxəssislər;

· Elmi məqalələri və akademik fəaliyyəti olan namizədlər.

Maraqlanan namizədlərdən mövzu yerinə vakansiya adını qeyd etməklə CV-lərini sabah.teacher@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 31.07.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar