spot_img
HomeKaryeraAzTU-da Xarici dillər kafedrasına ingilis dili müəllimi vəzifəsinə vakansiya elan edilir. 
spot_img

AzTU-da Xarici dillər kafedrasına ingilis dili müəllimi vəzifəsinə vakansiya elan edilir. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına 2026/2027-ci tədris ili üzrə ingilis dili müəllimi (tam ştat) vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, ingilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);

İngilis dilinin tədrisi üzrə minimum 2(iki)-5(beş) il pedaqoji təcrübə;

Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, İELTS 7.5) malik olmaq.

Dil və təlim sertifikatı üzrə tələblər:

CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);

İngilis dilində motivasiya məktubu;

İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, İELTS 7.5) cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Qeyd: Namizədlərin seçimi müsahibə və demo dərs mərhələləri əsasında həyata keçiriləcək.

Müraciət üçün son tarix: 30.06.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar