AzTU kafedralar üzrə vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
Azərbaycan Texniki Universiteti
kafedralar üzrə aşağıdakı vakant vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR:
| Kafedra | Elan yerləri | |||
| Professor | Dosent | Baş müəllim | Müəllim | |
| Kompüter texnologiyaları | 1 | 4 | 3 | 1 |
| Kibertəhlükəsizlik | 3 | 3 | ||
| Mühəndis riyaziyyatı və süni intellekt | 1 | 5 | 4 | 3 |
| Radiotexnika və telekommunikasiya | 3 | 2 | 2 | |
| Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları | 3 | 2 | 1 | |
| Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat | 3 | 1 | 2 | |
| Biznesin idarə edilməsi | 2 | 2 | 1 | |
| Xarici dillər | 2 | 1 | 6 | |
| Humanitar fənlər | 1 | 1 | ||
| Xüsusi texnologiyalar və avadanlıqlar | 1 | |||
| Müdafiə sistemləri və texnoloji inteqrasiya | 2 | 2 | 1 | |
| Maşınqayırma texnologiyası | 3 | 3 | 1 | |
| Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları | 1 | 5 | 3 | 1 |
| Mexanika | 1 | 1 | ||
| Metallurgiya və materiallar texnologiyası | 3 | 3 | 2 | |
| Kimya texnologiya, təkrar emal və ekologiya | 3 | 1 | 2 | |
| Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi | 1 | 1 | 2 | |
| Nəqliyyat texnikası və idarəetmə texnologiyaları | 2 | 2 | 1 | |
| Elektrotexnika | 2 | 3 | 1 | |
| Enerji effektivliyi və yaşıl enerji texnologiyaları | 2 | 2 | 1 | |
| Mühəndis fizikası və elektronika | 2 | 1 | ||
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyəuyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir:
– rektorun adına ərizə;
– kadrların şəxsi qeydiyyat vərəqəsi;
– tərcümeyi-hal;
– ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;
– dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
– həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçüm yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını təqdim etməsi kifayətdir.
Ünvan: AZ 1073, Bakı şəhəri, H.Cavid prospekti 25
REKTORLUQ



